Modern.az

TİKA Ramazanda aztəminatlı uşaqları sevindirib - FOTOLAR

TİKA Ramazanda aztəminatlı uşaqları sevindirib - FOTOLAR

Təhsil

22 İyun 2015, 22:12


Bu gün “Kəmalə və Nərmin” şadlıq sarayında “Ramazanı tanıyaq və sevək” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə TİKA-nın  (Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi) Bakı ofisinin nümayəndələri, Türkiyə Cumhuriyyət millət vəkilləri, Samsun əyaləti üzrə bələdiyyə sədri və nümayəndələri, həmçinin Azərbacanın millət vəkilləri, eləcə də bir çox ictimaiyyət nümayəndələri iştirak  ediblər.

Tədbir uşaqların Ramazana həsr etdiyi bədii girişlə başlayıb və davam edib. Azyaşlı uşaqlar müxtəlif səhnəciklər, şeir və mahnı parçaları ilə Ramazan fəzilətini özlərinəməxsus şəkildə təsvir ediblər.

Mərasimin maraqlı məqamlarından biri də Türkiyədən gələn aktyorun qardaş ölkənin folklor nümunəsi  olan “qaragöz” oyunlarını səhnələşdirməsi olub. Bədii hissədən sonra az təminatlı ailələrə Ramazan hədiyyələri paylanılıb.

Sonda isə Tarkiyədən gələn qonaqlar iki ölkənin daha da yaxınlaşması üçün mənəvi əlaqələrin genişlənməsindən də söz açıblar.

 

Elmin NURİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım