Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən aksiya iştirakçıları prezident rezidensiyasına tərəf yürüşə başlayıblar.
Modern.az-ın Ermənistan KİV-nə istinadsən verdiyi xəbərə görə, aksiyanı “Soyğunçuluğa yox” təşəbbüsü ilə təşkil olunub.
Təşkilatçılar qeyd edirlər ki, aksiya dinc xarakter daşıyır. Buna baxmayaraq, polis bəyan edib ki, iştirakçıların hərəkətləri qanunsuzdur və qanun pozucuları məsuliyyətə cəlb ediləcəklər.
Bu bəyanat fitlə qarşılanıb, bundan sonra yürüş başlayıb.
Prezident rezidensiyasına gedən tərəfə çox sayda polis cəlb olunub