Modern.az

“Qarabağ”ın rəqibinin 95 yaşı var

“Qarabağ”ın rəqibinin 95 yaşı var

Təhsil

23 İyun 2015, 00:03


Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandası Monteneqronun “Rudar” klubuna rəqib olub. 2015/2016 mövsümünə turnirin ikinci raundundan qoşulan ağdamlıların rəqibini iyunun 22-si İsveçrənin Nyon şəhərində atılan püşk müəyyənləşdirib.

Modern.az bildirir ki, Plevlya şəhərinin təmsilçisi olan “Rudar” komandası 1920-ci ildə yaradılıb. Monteneqro 2006-cı ildə müstəqillik qazanandan sonra “Rudar” iki dəfə ölkə çempionu olub (2010, 2015), üç dəfə ölkə kubokunu (2007, 2010, 2011) qazanıb. Komandanın aktivində ölkə çempionatının bir gümüş (2012), bir bürünc (2011) medalı da var.

Avropa kuboklarında 2007/2008 mövsümündə debüt edən “Rudar” indiyədək iki dəfə Çempionlar Liqasında bir mərhələ adlaya bilib, ikinci raundda ələnib. Komanda Avropa kuboklarında üst-üstə 14 oyunda yalnız 3 qələbə qazanıb.

Plevlyalılar UEFA klub reytinqində 327-ci mövqedə dayanırlar. “Qarabağ” 151-cidir.

Yeganə Oqtayqızı  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım