Modern.az

Bakı Ali Neft Məktəbinin tələbələri Avropa Oyunlarının könüllüləri sırasındadırlar

Bakı Ali Neft Məktəbinin tələbələri Avropa Oyunlarının könüllüləri sırasındadırlar

Təhsil

23 İyun 2015, 11:07


Bakı Ali Neft Məktəbinin tələbələri “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi uğurla iştirak edirlər. Bu barədə tələbələr özləri məlumat veriblər. Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandıqları böyük uğurlar hamını çox sevindirir və ruhlandırır, idmançılarımızın nailiyyətləri gün-gündən artır. Bakı Ali Neft Məktəbinin 30-dan çox tələbəsi bu möhtəşəm tədbirə qoşulub. Bakı Ali Neft Məktəbinin tələbələri müxtəlif idman növləri üzrə oyunların keçirildiyi məkanlarda təmsil olunurlar. Onlar könüllülərin sırasında bir sıra protokol işləri həyata keçirir, beynəlxalq və yerli mütəxəssislərlə, o cümlədən idmançılarla ünsiyyətdə olurlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım