“İyunun 22-də 7 idman növü üzrә yarışlar başa çatıb”. Bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.
O bildirib ki, 19 mindәn çox insan gimnastikanın müxtәlif növlәri üzrә yarışlarda tamaşaçı qismindә iştirak edib: “Yeddi müxtәlif mәkanda tamaşaçı turumu 80 faiz olub. Dünәn Azәrbaycanı 1600 idmançı tәrk edib. Bu, indiyә kimi әn yüksәk rәqәmdir”.S. Kleq qeyd edib ki, Avropa Oyunları müddәtindә 1 idmançı dopinq testindәn sonra yarışlardan kәnarlaşdırılıb. Bu, oyunlardan әvvәl baş verib.
S. Kleq bağlanış mәrasiminin açılış mәrasimindәn fәrqli olacağını söyləyib: ”50 ölkәnin tәntәnәli şәkildә qalibiyyәtini qeyd edәcәyik. Karnavala bәnzәr bağlanış mәrasimi gözlәmәk olar. Çox baxımlı mәrasim olacaq”. (Apa)