Modern.az

“Parlamentdə bunları deməsək...” - Deputatı açıq fikirə görə süngü ilə qarşılayan KİMLƏRDİR?

“Parlamentdə bunları deməsək...” - Deputatı açıq fikirə görə süngü ilə qarşılayan KİMLƏRDİR?

Təhsil

23 İyun 2015, 12:19

“Siyasi fəaliyyətdə açıq fikirlilik şəxs üçün həddindən artıq fərqli reaksiyalar doğurur və bu, asan başa gəlmir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı və hadisələrə fərqli baxışları ilə seçilən Zahid Oruc deyib. O, açıq fikirliliyin eyni zamanda çox baha başa gəldiyini də vurğulayıb:

“Cəmiyyət onun düşüncələrindən kənarda müxtəlif fikir söyləyən şəxsi bir sıra hallarda süngü ilə qarşılayır. Düzgün başa düşülməmək, fikirlərin kontekstdən çıxarılması, yaxud bəzən hər hansı ictimai rəydə mövcud olan aparıcı fikri qabaqlamaq mövqeyi avtomatik olaraq müxtəlif qınaqlara, bəzən ittihamlara səbəb olur. Mediadan və cəmiyyətin müxalif kəsimindən biz belə basqıları almaqdayıq. Zaman-zaman o qüvvələrlə siyasi debatlarda və diskussiyalarda olarkən biz bununla hətta sərt şəkildə qarşılaşırıq”.

Zahid Oruc hökümət cinahından da büdcə müzakirələrində, hesabat zamanı hər hansı bir dövlət strukturuna yönəlik tənqidlərin dərhal çox kəskin mənfi münasibətlə səbəb olduğunu da etiraf edib:

“Sonradan əlaqələrin qırılmasının, soyuq münasibətlərin şahidi olursan. Bəzənsə şəxsi kontekstə yönəldilir. Yəni məsələ siyasi mahiyyətindən çıxarılır, şəxsləşdirilir və onun konkret hansı niyyəti güdməsinə bağlanır. Ona görə də etiraf etmək lazımdır ki, açıq fikirlilik o qədər də sevilmir. Bununla yanaşı, bizim başqa alternativimiz yoxdur. Əgər biz parlamentdə öz mövqelərimizi ortalığa qoymağa çalışmayacağıqsa, o cümlədən mətbuat orqanları ilə gündəlik fəaliyyətimizdə yalnız belə sxematik, formal, həddindən artıq qəliblənmiş mövqelərə üstünlük verəcəyiksə, bu halda biz nə cəmiyyət üçün yeni ideyalar gətirmək imkanında olacağıq, nə də bundan dövlət və təmsil olunduğumuz qurum fayda götürəcək”.

Deputat hamıya bənzəməyin, başqalarının dediklərini təkrarlamağın onun üçün uğurlu təqdimat olmadığını vurğulayıb:

“Müxtəlif təsirlərin şahidi oluruq, amma biz buna da öyrəşmişik. Cənab prezident dəfələrlə bildirib və bunu parlamentdə də geniş çıxışlarında söyləyib ki, deputatların cəmiyyətdəki fəal mövqeləri tribunaya gətirməsi, sonra da daha da gur səslə ictimailəşdirməsi, həmin problemin hakimiyyətin diqqətinə çatdırılmasının tərəfindəndir. Kimsə bunu fərqli formada qəbul edib, ya parlament fəaliyyətini, ya deputatlıq fəaliyyətini o cür görmək istəyirsə, təbii ki, bu onların öz problemidir. Biz isə çəkinmədən fəaliyyətimizi davam etdirmək niyyətindəyik”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım