Modern.az

Hafiz Hacıyev də Amerika səfiri ilə görüşdüyünü deyir

Hafiz Hacıyev də Amerika səfiri ilə görüşdüyünü deyir

Təhsil

23 İyun 2015, 12:52

“Bir sıra qüvvələr Müsavat partiyası ilə AXCP-ni birləşdirmək istəyir. Həmin qüvvələr Azərbaycanda hakimiyyəti qarışdırmaq, xalqı bir-birinə salmaq, ölkə də çaxnaşma yaratmaqdan ötrü bu addımı atırlar”.

Bunu Modern.az saytına Hafiz Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda çaxnaşma yaratmaq istəyən qüvvələr artıq müəyyən addımlar atırlar:

“Müsavat və AXCP arasında ömür boyu bu dava gedib. Elə bizim hakimiyyəti də devirən bu iki qrup oldu. Hər iki partiyada həmişə xəyanətkar insanlar olub. Onlar düzələn insanlar deyil. Bəlkə qəbir onları düzəldə.

Onlar öz aralarında böyük qüvvə olduqlarını hesab edirlər. Hakimiyyətə də tək başına gəlmək istəyirlər. Amma onlar bilmirlər ki, arxalarında heç kim dayanmır. Onlar çox bədbəxt adamlardır.

Biz çox insanlar hər kəsin gözü qarşısında Müsavatdan istefa verdi. Amma bu gün partiyanın bir çox rəhbərləri yenə kommersiya strukturu kimi fəaliyyətlərindən əl çəkmirlər. Onlar ölənə kimi bu partiyanın çörəyi, ona buna satqınlıq eləməklə dolanıblar. Bundan sonra da belə olacaq.

Bu yaxınlarda Amerikanın səfəri Arif Hacılı ilə görüşüb. Ondan sonra mən də onunla görüşdüm. Onlarda belə bir proqram var ki, guya Azərbaycanda hakimiyyəti qarışdırmaq, xalqı bir-birinə salmaqdan ötrü bu iki qrupuı birləşdirmək istəyirlər.

Məndə olan məlumata görə Amerikanın müəyyən beyin mərkəzləri bu iki qüvvəni birləşdirmək istəyirlər. Birinci Avropa Oyunlarından sonra Azərbaycanda yenidən bir çaxnaşma salsınlar. Məndə olan məlumata görə belə bir razılıq var.

Hazırda Cəmil Həsənli ilə “Yeni Müsavat” qəzeti arasında böyük çaxnaşma var. Çaxnaşmanında könkündə əsaslı həqiqətlər dayanır. Rauf bəy tərəfindən atılan addımlar həqiqətə uyğundur. Düşünürəm ki, onları birləşdirmək mümkün olmayacaq. O vaxt bu mümkün olacaq ki, regionda bu iki partiyanın hər ikisi bir millətə və dövlətə işləsin. Onlar Azərbaycan müxaklifəti deyil. Azərbaycanın milli müxalifəti bizik.

Belə ki, hər iki partiyanın xarici inhisarları var. Həmin inhisarlar nə vaxt birləşsə, o zaman bu iki partiyada birləşib istənilən gücə çevrilə biləcək.

Həmçinin hər iki partiyaya həm daxildən, həm də xaricdən müəyyən məlumatlar ötürürlər. Onları bir araya gəlməyə qoymurlar. Burda pul uğrunda mübarizə gedir.

İsa Qəmbər xəyanatkar adamdır. Avropa Oyunlarını ermənilər də boykot edir Ermənilərin Aərbaycandakı inhisarları da. Sonradan Avropa dövlətlərinə yayılmış erməni diasporasının sözü ilə İsa Qəmbər partiyada iki üç nəfərdən ibarət olan bir qrup Azərbycanda keçirilən oyunları boykota çağırdı. Onlarla ermənilər arasında heç bir fərq görmürəm”.

Hafiz Hacıyev əlavə elədiki, hər zaman Azərbaycanı qarışdırmaq üçün bu iki partiyadan istifadə olunur:

“Məsələn, avtobusun durduğu yerdə xaricdən gələn idmançını vurması Azərbaycan üçün bir təxribat idi. Bunu da yaratdılar. Onun arxasında Aəzrbaycanın daxilində olan müəyyən məmurlar dayanır. Həmin məmurlarla Müsavatın bir qanadı, AXCP və Cəmil Həsənlinin bir qrupu dil tapıb. Mili Şurada təmsil olunan partiya ilə hakimiyyətdə olan müəyyən məmurların çox böyük qohumluğu var. Bunların hamısını araşdırmaq lazımdır. Bunu üçün bir ayıq olmaq lazımdır.

Hazırda məndə çox ciddi narahatedici faktlar var. Çalışıram ki, o faktları müəyyən vasitələrlə hakimiyyətin söz sahibinə çatdırım. Bununla da onların qarşısı alınsın. Onları boş buraxmaq olmaz. Çünki onların arxasında duran böyük güclər var. Onlar həmçinin hakimiyyətin daxilində olan qüvvələrlə də birləşiblər. Bilirsiz ki, böyük islahatlar gözlənilir. O islahatlarla bağlı müəyyən qüvvələr var ki, onlar Azərbaycanda stabilliyin olmasını istəmirlər. Çalışırlar ki, onların ölkə daxilində başları qarışsın. Bunlar yaddan çıxsın”.

Sevinc YASİNQIZI 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım