Modern.az

Moskvada İŞİD-ə qoşulmağa gedən 16 yaşlı qız saxlanılıb

Moskvada İŞİD-ə qoşulmağa gedən 16 yaşlı qız saxlanılıb

Təhsil

23 İyun 2015, 12:59

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulmaq niyyətində olan 10-cu sinif şagirdi Yana Petrovanı (ad və soyadı dəyişdirilib) evinə qaytarıblar. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, qız may ayının axırlarında Dağıstanın kəndlərindən birinə qaçaraq ərə gedib. Gənclər yaxın müddətdə Suriyaya getməyi planlaşdırsalar da, hüquq-mühafizə orqanları moskvalı qızı ələ keçirərək valideynlərinə qaytarıblar.

Yana sevgilisi Yusup M. ilə iki il əvvəl İnternetdə tanış olub. Bu müddətdə gənclər məsafədən əlaqə qurublar, ancaq mayın 26-da 22 yaşlı dağıstanlı oğlan qızı Mahaçqala yaxınlığındakı kəndinə aparmaq üçün Moskvaya gedib.

“Yusupla son iki ildə əlaqəmiz olub. Valideynlərim bunu qadağan etmişdilər, mənim onlarla həmişə münasibətim pis olub. Növbəti mübahisədən sonra Dağıstandakı oğlanımın yanına gedib ona ərə getməyi qərara aldım”, - Yana addımının səbəbini sonradan belə izah edib.

Qız cəmisi bir sutka ərzində İslamı qəbul edib, nikah mərasimində müsəlman adət-ənənəsinə uyğun geyinib. Ancaq Yananın valideynləri qızlarını geri qaytarmaq qərarına gələrək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Atası hətta qızının kimin qaçıra biləcəyini də ehtimal kimi deyib. Bundan iki gün keçəndə qızı həmin şəxsin evində tapıblar. Yana əməliyyatçıları hicabda qarşılayaraq geriyə qayıtmaq istəmədiyini bəyan edib. Ancaq güc strukturlarının əməkdaşları və Yananın atası Aleksandr Petrov etiraza əhəmiyyət verməyərək, yeniyetməni Moskvaya gətiriblər. 

Bundan sonra məlum olub ki, Yana əri ilə Suriyaya gedərək İŞİD-ə qoşulmağa hazırlaşırmış.

  Modern.az  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım