Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin aksiyasında saxlanılanlarla həmrəylik nümayiş etdirən Erməni Milli Konqresi fraksiyası parlamentin iclas zalını tərk edib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, fraksiyanın katibi Aram Manukyan, deputatlar Stepan Demirçyan, Qaqik Djanqiryan, Lyudmila Sərkisyan bir-birinin ardınca zaldan çıxıblar.
İyunun 23-də Yerevanda keçirilən aksiyanın dağıdılması nəticəsində saxlanılan etirazçıların sayı 237 nəfərə çatıb, onların bəzilərinə xuliqanlıq maddəsi ilə ittiham irəli sürüləcək.
Modern.az