Qadın boksçumuz Anna Əlimərdanova Birinci Avropa Oyunlarında yarışların yarımfinalına vəsiqə qazanıb.
Modern.az saytı xəbər verir ki, 51-54 kq çəki dərəcəsində qadın boksçuların yarışında çıxış edən Anna Əlimərdanova 1/4 finalda Bolqarıstan idmançısı Stanimira Petrovanı udub. Bu gün daha 5 boksçumuz da rinqə çıxacaq. 60 kq çəkidə çıxış edən kişi boksçumuz Albert Səlimov yarımfinala keçmək üçün Bolqarıstan idmançısı Elian Dimitrov ilə döyüşəcək.
Sevinc Yasinqızı