Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının bugünkü plenar iclasında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Gi Mun Assambleya iştirakçıları qarşısında çıxış edib.
Modern.az xəbər verir ki, baş katib AŞPA üzvlərinin suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğal olunması və BMT-nin 4 qətnaməsinin icra edilməməsi faktına toxunub.Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilə biləcəyini qeyd edib.
“Azərbaycanla Ermənistan arasında nələrin olduğunu müşahidə edirik. Atəşkəsin mütəmadi pozulması bizi narahat edir. Bu ölkələr arasında gərginlik yüksəlməkdədir. Ölkələrin hərbi ritorikası narahatlıq yaradır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mütləq siyasi danışıqlar davam etdirilməlidir”.
Aytən Əliyeva