Milli Şuranın fəxri sədri, kinodramaturq Rüstəm İbrahimbəyov “The New Times” nəşrinə müsahibəsində azərbaycanlıların ermənilərlə heç zaman düşmən olmadığını və nə vaxtsa barışacaqlarını bildirib.
“Qafqaz triosu” adlı yeni filmin üzərində işləyən, onun prodüseri və ssenaristi olan R.İbrahimbəyov filmdən bəhs edərkən “trio”nun erməni, azərbaycanlı və gürcü olduğunu, üç dostu ortaq uşaqlıq, gənclik illərinin birləşdirdiyini söyləyib.
Onun bu fikirləri Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da açıqlama verib. Ayaz Mütəllibov Modern.az saytına bildirib ki, hər kəsin öz müstəqil düşüncəsi və fikirləri var.
“Hər bir vətəndaşın özünün şəxsi fikirləri var. Rüstəm İbrahimbəyov da bu cür düşünür, düşüncələrini belə ifadə edir. Hamının hansısa məsələ ilə bağlı fikir bildirməyə hüququ var”,-deyə o, bildirib.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov ermənilərlə bağlı dəfələrlə loyal mövqelər ortaya qoyub.
Aqşin Kərimov