UNICEF tədbir görülməməsi halında 2030-cu ilə qədər 68 milyon uşağın həyatını itirəcəyini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin 2015-ci ildən sonrakı inkişaf proqramında uşaqlara daha çox əhəmiyyət verilməsinin lazım olduğu bildirilib.UNICEF-in hesabatında 2030-cu ilə qədər 5 yaşa qədər 68 milyon uşağın həyatını itirəcəyi anonsu verilib.
Hesabatda, 1990-cı ildən bu günə qədər körpə və uşaq ölümlərinin sayının 50 faizindən çoxunun, hədsiz zəiflik və düzgün qidalanmanın 40 faizədək azaldığı qeyd olunub.
Hesabatda mövcud vəziyyətin davam etməsi halında yaşanan problemlərə toxunulub.
Uşaq ölümlərinə qarşı tədbir görülməməsi və hazırkı tendensiyanın davam etməsi halında, 2030-cu ildə 119 milyon uşağın xroniki yetərsiz qidalanma problemi yaşayacağı ifadə edilib.
Hesabatda hazırda illik 6 milyon uşağın beş yaşına gəlmədən öldüyü, 58 milyon uşağın isə ibtidai məktəbə getmədiyi qeyd edilib.
Vüsalə Qəzənfərqızı