Modern.az

Türkiyə parlamenti iyunun 28-də yeni sədr seçməlidir

Türkiyə parlamenti iyunun 28-də yeni sədr seçməlidir

Təhsil

23 İyun 2015, 20:23

Bu gün Türkiyə Böyük Millət Məclisi (TBMM) prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yeni tərkiblə ilk iclasını keçirib. Parlamentin ilk iclası Cümhuriyyət Xalq Partiyasını təmsil edən ən yaşlı deputat Dəniz Baykalın sədrliyi ilə baş tutub.

İclas qanunverici orqanın üzvlərinin andiçməsi ilə başlayıb. İyunun 28-də TBMM-ə sədr seçkisi ilə bağlı birinci səsvermə keçiriləcək.

Xatırladaq ki, iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilmiş növbəti seçkilərin nəticələrinə görə, Ədalət və İnkişaf (AKP), Cümhuriyyət Xalq (CHP, Millətçi Hərəkat (MHP) və Xalqların Demokratik (HDP) partiyaları yeni parlamentdə təmsil olunurlar.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım