İyunun 23-də “Baku Crystall Hall”da qadınlar arasında voleybol yarışlarının dörddəbir final mərhələsində Azərbaycan və Hollandiya komandaları qarşılaşıblar.
Modern.az-ın məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən hər üç setdə Azərbaycan voleybolçuları qalib gəliblər. Beləliklə də komandamız I Avropa Oyunlarının yarımfinalına çıxıblar. Yarımfinalda millimiz Türkiyə ilə qarşılaşacaq.
Bu gün digər ¼ final görüşlərində Türkiyə-Rusiya Belçika-Serbiya, Polşa-Almaniya qarşılaşmaları oynanılıb. Bu oyunlarda Türkiyə və Polşa da yarımfinala yüksəliblər.