Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramının abunəçiləri üçün yeni Ramazan kampaniyasının başlandığını elan edir.
“Ulduzum” proqramı çərçivəsində yeni Ramazan kampaniyası 18 iyundan başlayaraq 16 iyul, 2015-ci il tarixinə kimi davam edəcək.
“Bakcell” abunəçiləri bu kampaniyada iştirak edən restoranların birində öz yaxınları ilə birgə iftar açmaqla yanaşı “Bakcell” abunəçilərinə zəng etmək üçün pulsuz 10 dəqiqə əldə edəcəklər.
Ramazan kampaniyası çərçivəsində “Bakcell” şirkəti Bakı şəhərində “Mado”, “Özsüt”, “PitStop”, “Tarihi Sultan Ahmed Köfteçisi”, “Villa Pizza”, “Pakdad” restoranları, Gəncədə isə “Agüloğlu”, “Başkent”, “Elegance” restoranları ilə əməkdaşlıq edir.
Bakı və Gəncə şəhərində olan “Ulduzum” abunəçilərinə Ramazan kampaniyasına start verilməsi ilə bağlı kütləvi SMS-lər göndərilir.
Pulsuz dəqiqələri əldə etmək üçün “Ulduzum” abunəçiləri sadəcə olaraq 5555 SMS nömrəsinə “İFTAR” açar sözünü göndərməlidir. Mesaj göndəriləndən sonra abunəçiyə restoranların adları və onlar haqqında əlavə məlumat SMS vasitəsilə göndəriləcək.
Bu kampaniyanın məqsədi müştərilərin sadiqliyini artırmaq və müqəddəs Ramazan ayı çərçivəsində “Ulduzum” sadiqlik proqramının abunəçilərini mükafatlandırmaqdır.