Rusiya Ermənistanın paytaxtı Yerevanda əhalinin elektrik enerjisinin qiymətlərinin qaldırılmasına etiraz etməsinə münasibət bildirib.
Modern.az saytının TASS-a istinadən verdiyi xəbərə görə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vəziyyətin tez bir zamanda qanun çərçivəsində nizamlanacağına ümid etdiklərini bildirib.Onun sözlərinə görə rəsmi Moskva Rusiyanın ən yaxın tərəfdaşı olan Ermənistandakı prosesləri yaxından izləyir. Qeyd edək ki, Yerevanda 3-cü sutkadır ki, mitinqlər davam edir.
Aqşin Kərimov