“Faktiki olaraq Ermənistan hakimiyyəti öz hərəkətləri ilə Rusiyanın ölkədəki korrrupsiya sisteminin maraqlarını qorudu. Rusiyanın dövlət şirkətləri bizim dövlətimizin iqtisadiyyatının əhəmiyyətli hissəsini idarə edir və onlar üçün biznes maraqları prioritet deyil. Onların əsas məqsədi Ermənistanı maliyyə rıçaqları ilə sıxmaqdır”.
Modern.az saytının məlumatına görə bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan “Aravot” nəşrinə müsahibəsində deyib.
O, Yerevanda əhalinin elektrik enerjisi tariflərinin artımına etiraz olaraq keçirilən mitinqinin polis qüvvələri tərəfindən dağıdılmasına münasibət bildirərkən qeyd edib ki, dərhal bütün saxlanılanlar azad edilməlidir.
Onun sözlərinə görə ölkədə kifayət qədər ağıllı düşüncəli gənclər var və bununla fəxr etmək lazımdır. Sabiq nazir ölkədə sosial vəziyyətin gərginləşməsini Ermənistanın Avrasiya Birliyinə daxil olması ilə əlaqələndirib:
“Avrasiya Birliyinə daxil olmaq haqqındakı qərar hərtərəfli deyildi. Bu, daim ağırlaşan sosial və iqtisadi problemlər yaratdı. Hakimiyyət öz hərəkətləri ilə Ermənistanın statusunu daha da ağırlaşdırdı. Bununla Ermənistanı mədəni dünyadan daha da uzaqlaşdırdılar, bizim Avropa İttifaqı və digər beynəlxalq qurumlarla əlaqələrimizdə ciddi maneələr yaratdılar”.
Aqşin Kərimov