Modern.az

Yerevan polisi nümayişçilərə vaxt verdi

Yerevan polisi nümayişçilərə vaxt verdi

Təhsil

24 İyun 2015, 10:20


Yerevanda dünən axşamdan elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin bərpa etdiyi aksiya iştirakçılarına polis yerli vaxtla saat 10:00-a qədər vaxt verib.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bundan sonra Baqramyan prospektinin oturaq aksiya iştirakçılarından azad edilməsi üçün tədbir görüləcək. Ancaq Yerevanın polis rəisi Aşot Karapetyanın tədbirin nədən ibarət olduğunu açıqlamayıb.

Bununla belə, deyib ki, deputatlar nümayişçiləri prospektdə hərəkət istiqamətini açmaq üçün nümayişçilərlə danışıqlar aparırlar. Hazırda iş adamı Xaçatur Sukiasyan və deputat Aleksandr Arzumanyan aksiya iştirakçıları ilə söhbət edir və yeni taktika təklif edir, onları geri çəkilməyəcəkləri halda nələrin gözlədiyini başa salır, hakimiyyətlə danışıqlara getməyə razılaşdırmağa çalışırlar.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım