Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Modern.az saytına bildirib ki, bu göstəricilər müxtəlif illərdə iyul-avqust aylarında qeydə alınıb: “Aparılan çoxillik müşahidələrə görə, Bakı və Abşeron yarımadasında yay aylarında ən yüksək temperatur göstəriciləri 2011-ci ilin iyul-avqust 42 dərəcə təşkil edib”.
Gülşad Məmmədova deyib ki, bölgələrdə ən isti yay Naxçıvan Muxtar Respublikasında qeydə alınıb: “Burada ən isti il 2000-ci ilin avqustunda olub. Həmin il Culfa və Ordubadda havanın hərarəti 46 dərəcəyə qədər yüksəlib”.
Gülşən RAUFQIZI