Modern.az

Olimpiya stadionu Avropa Oyunlarının bağlanışına hazırlanır

Olimpiya stadionu Avropa Oyunlarının bağlanışına hazırlanır

Təhsil

24 İyun 2015, 12:09



Modern.az xəbər verir ki, bunu I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq mətbuat konfransında deyib.

Onun sözlərinə görə,  bu gün 7 idman növü üzrə yarışlar başlayır. Üzgüçülük və qılıncoynatma yarışları üzrə medalçılar müəyyənləşəcək.

“Bugünkü yarışlarda 22 min tamaşaçının iştirakı nəzərdə tutulur. Sabah isə cüdo üzrə yarışlara 30 minə yaxın izləyicinin gələcəyi gözlənilir”.

Yarışlarla bağlı qərəzli mövqedən verilən tənqidi yazılara münasibət bildirən Saymon Kleq bildirib ki, Avropa Oyunları Əməliyyat Komitəsinin əsas işi idmanla məşğul olmaqdır:

“Yarışların bitməsinə 5 gün qalıb. Bu yarışların dünya səviyyəli idman yarışları səviyyəsində keçirilməsi üçün hamı əlindən gələni edir. Bizim əsas işimiz idmandır. İdman yarışlarının keyfiyyətini heç kim sual altına qoya bilməz. Avropa Olimpiya Komitəsi, Avropanın idman federasiyaları və idmançılar da bu oyundan razıdırlar”.

Sevinc Yasinqızı

 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım