Modern.az

Elçin Behbudov: “Arif və Leyla Yunuslar məndən qat-qat sağlamdırlar”

Elçin Behbudov: “Arif və Leyla Yunuslar məndən qat-qat sağlamdırlar”

Təhsil

24 İyun 2015, 12:38

Hazırda həbsdə olan hüquq müdafiəçiləri Arif və Leyla Yunusun qızı Dinara Yunus Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) “Azərbaycanda insan haqlarının pozulması ili” adlı dinləmələrdə çıxış edib. O, çıxışı zamanı bəyan edib ki, atasının ölüm xəbərini alıb, anasının da bir gözünü itirdiyi barədə şayiələr var.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Modern.az saytına bildirib ki, Arif Yunusun qızının belə çıxışı Azərbaycana qarşı təxribatdan başqa bir şey kəsb etmir: “Hər ay MTN-nin İstintaq Təcridxanasında monitorinq keçirirəm. Hər dəfə digər məhbuslara kimi Arif Yunusun da səhhəti ilə maraqlanıram. Bəzi mətbuat orqanları yazırdı ki, guya o, infarkt keçirib. Bu da ağ yalandır. Arif Yunus həkim nəzarətindədir və  mən həmin həkimlə əlaqə saxlamışam. Həkim bildirib ki, Arif Yunusun səhhətində infarktdan əsər-əlamət yoxdur. Onun tibbi kartı ilə məni tanış ediblər, baxmışam. Deyə bilərəm ki, Arif Yunus məndən qat-qat sağlamdır. Onun həyatı üçün heç bir təhlükə yoxdur”.

Hüquq müdafiəçisi Bakı İstintaq Təcridxanasında saxlanılan Leyla Yunusun səhhəti ilə də maraqlandığın; deyib: “Həmin müəssisə ilə də əlaqə saxladım. Mənə bildirdilər ki, onun gözü çıxmayıb. Bunlar hamısı boş-boş cəfəngiyatdan və təxribatdan başqa bir şey deyil”.

Yeganə OQTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım