Modern.az

Novruz Məmmədov: “İndi Emin Hüseynovu qəhrəman etməyə başlayacaqlar”

Novruz Məmmədov: “İndi Emin Hüseynovu qəhrəman etməyə başlayacaqlar”

Təhsil

24 İyun 2015, 12:50

"Gördünüz. CNN-in Amanpuru necə “ədalətli və dahi” jurnalistdir? Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazandı. Nəhayət həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr etdi".

Modern.az saytı xəbər verir ki, bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.

Novruz Məmmədov həmçinin qeyd deyib ki, CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu oldu: "İndi Emin Hüseynovu qəhrəman etməyə başlayacaqlar. Amanpura isə Nobel mükafatı düşür".

Sevinc Yasinqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım