Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah - iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buldulu, yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.
İyunun 25-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.
Modern.az