Bu gün Fransada milli təhlükəsizlik və müdafiə şurasının iclası keçiriləcək. İclasda Fransa prezidentlərinin telefon danışıqlarının ABŞ-ın milli təhlükəsizlik agentliyi (MTA) tərəfindən gizli şəkildə dinlənilməsi ilə bağlı məsələ müzakirə ediləcək.
Şuranın iclası Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə çağırılıb.Qalmaqal “Liberation” qəzetinin “Wikileaks” saytının əldə etdiyi MTA sənədlərinə istinadla agentliyin 2006-2012-ci illərdə Fransanın üç prezidenti - Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinlədiyi barədə məqaləsindən sonra başlayıb.
Modern.az