“İslam Dövləti” (İŞİD) terror qruplaşması növbəti dəfə vəhşi bəyanatı ilə diqqət çəkib.
Modern.az saytı Türkiyə KİV-nə istinadən verir ki, İŞİD Ramazan ayında öz tərəfdarlarına hücum əmri verib.İŞİD-in mətbuat katibi Əbu Məhəmməd Adnaninin adından yayılan audio çağırışda kafirlərin Ramazan ayında ölümünün vacib olduğu bildirilib.
“İndi kafirlər üçün faciə vaxtıdır. Həmçinin ABŞ-ın liderliyində koalisiyaya qüvvələrinə qoşulan sünnilərə qarşı da hücumlar artırılmalıdır”
Vüsalə Qəzənfərqızı