Modern.az

Sumqayıtda 2 tondan çox yararsız kolbasa və ət aşkarlanıb

Sumqayıtda 2 tondan çox yararsız kolbasa və ət aşkarlanıb

Təhsil

24 İyun 2015, 14:56



Sumqayıt şəhərində yararlılıq müddəti başa çatan, istehlaka yararsız külli miqdarda kolbasa və ət məhsullarının yenidən satışa çıxarılması aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az saytına verilənə məlumata görə, qurumun Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt ərazi idarəsi tərəfindən daxil olan məlumat əsasında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən, Kamil Səfərəliyevə məxsus anbarda yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki, adı çəkilən vətəndaş yararlılıq müddəti ötən, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alır, məhsulların üzərindəki kifi təmizləyərək, həmçinin istehsal və son istifadə tarixini pozaraq məhsulları yenidən Sumqayıt şəhərində yerləşən bəzi ictimai iaşə müəssisələrinə və şadlıq saraylarına satır. Yoxlama zamanı anbarda 2085 kiloqram yararlılıq müddəti başa çatan, istehlaka yararsız kolbasa və ət məhsulları aşkar edilib.

İstehlaka yararsız kolbasa və ət məhsullarının satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə verilib və məhsullardan nümunə götürülərək laboratoriyaya təqdim olunub.

Sevinc Yasinqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım