Hollivud aktryoru Arnold Şvatsnegerin oğlu Patrik “Gecəyarısı günəşi” yapon dramında baş rolu oynayacaq. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onun tərəfdaşı Bella Tron olacaq. Çəkilişlərin 2015-ci ilin sentyabr ayında başlayacağı planlaşdırılır. Filmdə nadir genetik xəstəlikdən əziyyət çəkən gənc qadından - dərinin Günəş işığına həssaslığının yüksək olmasından bəhs edilir. Qəhrəman musiqi ilə ürəyini ovudur – gecələr gitarada ifa edib oxuyur. Qadın bir dəfə gənc oğlanla rastlaşır və ona kütlə qarısında çıxış etməyi məsləhət görür.
21 yaşlı Patrik Şvatsneger bu günədək üç filmdə çəkilib və hamısında epizodik rolları ifa edib.
Modern.az