AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunub.
Rəsədxanadan Modern.az-a verilən məlumata görə, AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.
Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub.
Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.
Elmin Nuri