Modern.az

Türkiyədə Hacı Zeynalabdin Tağıyev haqda kitab çıxıb

Türkiyədə Hacı Zeynalabdin Tağıyev haqda kitab çıxıb

Təhsil

24 İyun 2015, 16:13

Türkiyədə Marmara Universitetinin professoru Okan Yeşilotun Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən yeni kitabı nəşr olunub.

Modern.az-a bu haqda müəllif özü məlumat verib.

O bildirib ki, kitabda H.Z.Tağıyevin həyatından bəhs edən məqamlara toxunulub.

“Bu işdə hərtərəfli bir şəxsin həyat və fəaliyyətini təhlil edərkən əksikliklərimizin olmaması mümkün deyildi. Ancaq maddi və mənəvi imkanlar nisbətində hazırladığımız bu işin gələcəkdə Tağıyevin həyatından bir çox bilinməyən məqamları ortaya çıxaracaq. Eyni zamanda bu kitabın araşdırmaçılara yol göstərməsi ən böyük arzumuzdur”.

 O. Yeşilot əsərin çap olunmasında maddi və mənəvi dəstəyi olan hər kəsə minnətdarlıq edib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım