Modern.az

Prezident hərbi qulluqçuları təltif etdi - SİYAHI

Prezident hərbi qulluqçuları təltif etdi - SİYAHI

Təhsil

24 İyun 2015, 20:06


Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilsin:

“Xalq artisti”

Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant

“Əməkdar mədəniyyət işçisi”

İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant
Bayramova Zəminə Məhəmməd qızı

“Əməkdar müəllim”

Həsənova Lalə Sadıq qızı
Məmmədov Bayram Heydər oğlu

“Əməkdar həkim”

Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki
Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki
İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki

***

Digər sərəncamla Arzərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Tahirov Ramiz Firudin oğlu – general-leytenant

Cəbrayılov Xəqani Sərdar oğlu – general-mayor

Əliyev Rasim Məmmədəli oğlu – general-mayor

Mirzəyev Hikmət İzzət oğlu – general-mayor

Əlibəyov Elxan Əlibəy oğlu – polkovnik

Əliyev Pərviz Abid oğlu – polkovnik-leytenant

“Vətən uğrunda” medalı ilə:

Bayramov Namiq Süleyman oğlu – polkovnik

Eminov Məmməd Şəmil oğlu – polkovnik

Qurbanov Abdulla Novruz oğlu – polkovnik

Rzayev Mübariz Mehman oğlu – polkovnik

Məmmədov Vüqar Seyidbala oğlu – polkovnik

“İgidliyə görə” medalı ilə:

Dadaşov Haqverdi Xudaverdi oğlu – polkovnik-leytenant

Ələkbərov Pərviz Ağasalam oğlu – polkovnik-leytenant

Hafizov Ervin Hacımurad oğlu – kapitan

Seyidov Mirxəyal Mirsadıq oğlu – baş leytenant

Həsənov Ülfət Viktor oğlu – gizir

Teymurov Pəncəli Nurməmməd oğlu – gizir

Umarov Sabir Kamil oğlu – gizir

“Tərəqqi” medalı ilə:

Namazov Fəxrəddin Hümbət oğlu

Rəfiyev Hüseyn Səfər oğlu

Seyranova Rimma İsrayıl qızı

“Hərbi xidmətlərə görə” medalı ilə:

Həsənov Hikmət Hüseyn oğlu – general-mayor

Bağırov Gəray Abbas oğlu – polkovnik

Əhmədov Qurban Möylə oğlu – polkovnik

Əliyev Elsevər Sərhəd oğlu – polkovnik

Əliyev Faiq Xanlar oğlu – polkovnik

Əmirov Rüfət Məzahir oğlu – polkovnik

Həsənov Elşad Humay oğlu – polkovnik

Quliyev Azər Xudam oğlu – polkovnik

Qurbanov Məlikməmməd Oruc oğlu – polkovnik

Xəlilov Vasif Tofiq oğlu – polkovnik-leytenant

Mehrəliyev Sadiq Nadir oğlu – polkovnik-leytenant

Məmişov Natiq Gülağa oğlu – polkovnik-leytenant

Şirinov Rasət Suliddin oğlu – polkovnik-leytenant

Quliyev Samir Teymur oğlu – mayor

Həmidov Hikmət Xeyrəddin oğlu – baş gizir

Əliyev Eldar Rafiq oğlu – gizir

Əliyev Pərvin Səlahəddin oğlu – gizir (ölümündən sonra)

Əhmədov Elçin Rasim oğlu – kiçik gizir (ölümündən sonra)

Hüseynov Rahil Əfsər oğlu – kiçik gizir (ölümündən sonra)

Muradov İlqar Yusif oğlu – kiçik gizir (ölümündən sonra).


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım