Yerevanda mitinq keçirən “Soyğunçuluğa yox!” hərəkatının fəalları Ermənistan vətəndaşlarını hər gün axşam saat 21:00-dan 22:00-a qədər mənzillərində işığı və bütün elektrik cihazlarını söndürməyə çağırırlar. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu qaydada da elektrik enerjisinin qiymətinin artırılmasına etira edilməsi təklif olunur.
Məlumatda qeyd edilirki, aksiya iştirakçıları yanlarından keçən hər kəsə vərəqə paylamaqla mübarizəyə evdə qoşulmalarını arzulayırlar. Hətta sakinlərə bildirilir ki, mətbəx ləvazimatları ilə eyvana çıxıb hay-küy salmaları onların mübarizəyə qoşulduqları anlamına gələcək. Aksiyanın təşəbbüsçülərinin fikrincə, əgər hər gün işıqlar bir saat söndürülərsə, bu “Ermənistan Elektrik Şəbəkəsi” üçün böyük ziyan olacaq.Bu dəqiqələrdə Yerevandakı etiraz aksiyası “Azadlıq” meydanında keçirilir.
Modern.az