Modern.az

Elmlər Akademiyasında yeni təyinatlar olub

Elmlər Akademiyasında yeni təyinatlar olub

Təhsil

25 İyun 2015, 10:03

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasın sonunda bir sıra kadr məsələsinə toxunulub. Rəyasət Heyətinin qərarı ilə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin xahişi nəzərə alınaraq tutduğu vəzifədən azad edilib. AMEA-nın müxbir üzvü Namiq Cəlilov həmin elmi təşkilatın  direktoru vəzifəsini icra edəcək. Bundan başqa, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, akademik Adil Qəribov da öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Fizika elmləri doktoru Oqtay Səmədov həmin institutun direktoru vəzifəsini icra edəcək.

Bununla yanaşı, iki təyinat da baş tutub. Arzu Məmmədxanlı AMEA-nın Humanitar elmlər bölməsinin, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova AMEA-nın İctimai elmlər bölməsinin elmi katibi vəzifələrinə təyin ediliblər.

 

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım