“2015-ci ilə qədər Azərbaycanda 13705 nəfər dövlət qulluqçusu pensiyası alır”. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda qeyd edilir ki, 13705 dövlət qulluqçusundan 933 nəfəri 2014-cü il ərzində pensiyaya çıxıb.
Statistika Komitəsinin məlumatında 2015-ci ilə qədər yaşa görə dövlət qulluqçusu pensiyası alanların 8395 nəfər olduğunu və onlardan 416 nəfərinin 2014-cü il ərzində pensiyaya çıxdığı qeyd edilib.
Məlumatda əlilliyə görə dövlət qulluqçusu pensiyasına çıxanlar da qeyd edilib. Belə ki, 2015-ci ilin əvvəlinə qədər 3605 nəfər və onlardan da 431-i 2014-cü ildən təqaüd alır.
Ailə başçısını itirməyə görə dövlət qulluqçusu pensiyası alan ailə üzvləri 2015-ci ilin əvəvlinə qədər 1705 nəfər olub ki, bunların da 86-sı 2014-cü il ərzində təyin olunmuş pensiyalardır.
Aytən ƏLİYEVA