Modern.az

Əli Kərimli Cəmil Həsənliyə niyə təşəkkür etdi?

Əli Kərimli Cəmil Həsənliyə niyə təşəkkür etdi?

25 İyun 2015, 13:01

“Milli Şuranın sədri hörmətli Cəmil Həsənlini təbrik edirəm. Cəmil müəllim Azərbaycan tarixini dünyaya təqdim etmək istiqamətində daha bir uğur qazandı. Amerika Birləşmiş Ştatlarında “The University of Utah Press” nəşriyyatı anonim rəyçilərdən müsbət cavab aldıqdan sonra Cəmil müəllimin “Kiçik millətlər böyük oyunda: Cənubi Qafqaz Rusiya, Türkiyə və İran üçbucağında, 1920-1923” (Small Nations in the Big Game: The South Caucasus in the Tringle of Russia, Turkey, and İran, 1920-1923) adlı monoqrafiyasının çapına qərar verib”.

Modern.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli məlumat verib. Onun sözlərinə görə kitabın 57 səhifədən ibarət olan 3-cü bölməsi “Ermənistanın sovetləşməsi: Moskvanın Qarabağ üçün gizli planları” adlanır.  

Əli Kərimli daha sonra bildirib:  

“Bundan əlavə kitabda ölkəmizin regional siyasətdə yeri və rolu, Rusiya - Ermənistan ittifaqına qarşı Azərbaycan – Türkiyə əməkdaşlığının formalaşması, Naxçıvanın qorunub saxlanması, Cənubi Qafqazda müasir sərhədlərin müəyyənlədirilməsi və sair vacib məsələlər yer almışdır. Məlumat üçün qeyd edək ki, bu əsər Cəmil müəllimin ABŞ və Böyük Britaniyada nəşr olunan 5-ci monoqrafiyası olacaq.  

Cəmil Həsənli tariximizi, xüsusilə də onun mürəkkəb dövrlərini dünya auditoriyasına təqdim edən görkəmli elm xadimimizdir. Cəmil müəllimin Qarabağ, Naxçıvan və uydurma erməni genosidi kimi həssas məsələlərə dair obyektiv elmi araşdırmaları və bu əsərləri ingilisdilli auditoriyaya - dünyaya təqdim edə bilməsi millətimiz qarşısında misilsiz xidmətdir. Təşəkkürlər Cəmil müəllim!”    

Vüsalə Qəzənfərqızı


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım