Modern.az

“Azərsu” bölgələrdə təlimlərə başladı - FOTO

“Azərsu” bölgələrdə təlimlərə başladı - FOTO

Təhsil

25 İyun 2015, 16:13


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq  bölgələrdə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu layihələrin tərkib hissəsi olaraq yeni infrastrukturlar yaradılır, müasir tipli avadanlıqlar və qurğular istismara verilir. Bununla paralel  olaraq bu sahələrdə çalışan  mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə də xüsusi önəm verilir.

Bu məqsədlə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin  "Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində "Kompleks Təlim Planı" layihəsinin icrasına start verilmişdir. Regionlarda təşkil olunacaq təlimlərdə Səhmdar Cəmiyyətin  "Birləşmiş Sukanal" MMC-nin, bölgələrdə fəaliyyət göstərən  digər qurumlarının 9 vəzifə və peşə istiqaməti üzrə (energetik, mexanik, metrologiya üzrə mühəndis,  su və kanalizasiya şəbəkələrinin mühəndisi, içməli və çirkab su təmizləyici qurğuların mühəndis texnoloqları, su kəməri təsərrüfatında nəzarətçi, mühasib, kompüter operator, kadrlar üzrə müfəttiş) işçilərin iştirakı nəzərdə tutulur.

Modern.az xəbər verir ki, iyunun 22-də qərb bölgəsi üzrə start götürmüş təlimdə  “Gəncə Sukanal” TSC, Qazax, Ağstafa, Gədəbəy, Şəmkir, Tovuz, Daşkəsən, Goranboy, Göygöl, Naftalan, Samux rayon sukanal idarələrinin 207 nəfər işçisinin iştirakı nəzərdə tutulub. İyulun 7-dək davam edəcək təlimlər Daşkəsən və Gəncə şəhərlərində təşkil olunacaq. Təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar nəzərdə tutulub.

Ümumilikdə  "Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində “Azərsu” ASC-nin 1000-dən artıq əməkdaşının müvafiq vəzifələr və peşələr üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım