Modern.az

Cüdoçularımız uğursuzluqla üzləşdi - 8 nəfərdən 1-i FİNALDA

Cüdoçularımız uğursuzluqla üzləşdi - 8 nəfərdən 1-i FİNALDA

Təhsil

25 İyun 2015, 16:45

“Bakı-2015” I Avropa oyunlarının 14-cü gününüdə medal ümidlərimiz olan cüdoçular mübarizəyə qoşulub. Modern.az saytı xəbər verir ki, cüdo yığmamızın dördü kişi, dördü qadın olmaqla 8 üzvü bu gün yarışlara qatılıb. Çox təəssüf ki, onlardan yalnız 1-i Orxan Səfərov yarımfinala adlayıb. Onunla eyni çəkidə mübarizə aparan komanda yoldaşı İlqar Müşkiyev isə mübarizəni ¼ final mərhələsində dayandırıb.

66 kq-da mübarizə aparan Nicat Şıxəlizadə uğurlu start götürsə də sonradan mübarizəni dayandırıb. Şıxəlizadə bu mərhələdə portuqaliyalı Serji Oleiniçlə üz-üzə gəlib və ipponla rəqibinə uduzub. 

Tərlan Kərimov isə rusiyalı Mixail Pulyaevlə qarşılaşıb. Rus idmançısı vazari xalı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.

48 kiloda mübarizə aparan qadın cüdoçularımız Ləman Əliyeva və Aişə Qurbanlı 1/8 final mərhələsində mübarizəni dayandırıblar.

Medal ümidlərindən olan Kifayət Qasımova isə 1/8 finaldakı xəbərdarlıq xalına görə tatamini məğlub tərk edib.

56 kiloqram çəki dərəcəsində mübarizə aparan Səkinə Zeynalova isə elə ilk görüşdəcə məğlub olaraq mübarizəni dayandırıb.

***

Cüdoçumuz Orxan Səfərov yarımfinalda ispan idmançısına qalib gələrək finala çıxıb.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım