Modern.az

AŞPA sədri Ermənistana Avropa Şurasının standartlarını XATIRLATDI

AŞPA sədri Ermənistana Avropa Şurasının standartlarını XATIRLATDI

Təhsil

25 İyun 2015, 22:05

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör  Ermənistan elektrik qiymətinin artmasına qarşı keçirilən etiraz aksiyaları ilə bağlı mövqeyini bildirib.

Modern.az saytının verdiyi xəbərə görə AŞPA sədri “RİA Novosti” agentliyinə açıqlamasında deyib ki, Yerevandakı hadisələrdən narahatdır.  

Onun bildirdiyinə görə hələlik informasiyaları yalnız KİV-lərdən alır.  Tərəfləri sakitliyə çağıran An Brassör xatırladıb ki, bütün hərəkətlər Avropa Şurasının standartları ilə uyğun olmalıdır.  

Qeyd edək ki, Yerevenda iyunun 19-da elektrik enerjisi tariflərinin artımı əleyhinə prezident iqamətgahının qarşısında başlayan aksiyalar davam etməkdədir.

Aqşin Kərimov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım