Yerevanda havanın kəskin dəyişməsinə baxmayaraq elekrtik enerjisinin qiymətinin artırılmasına qarşı etiraz aksiyası davam edir. Modern.az-ın Ermənistan KİV-nə istinadən bildirir ki, güclü leysan yağmasına və güclü külək əsməsinə məhəl qoymayan etirazçılar Baqramyan prospektindəki mövqelərindən geri çəkiləməyiblər.
Yerli vaxtla saat 18:00-dan sonra isə aksiya iştirakçılarının sayı daha da artıb. “Soyğunçuluğa yox!” vətəndaş hərəkatı iyunun 19-dan elektrik enerjisinin qiymətinin artırılmasına etiraz olaraq kütləvi aksiyaya başlayıb. Ayın 20-də səhər saatlarında polis Baqramyan prospektində oturaq aksiya keçirənlərə qarşı vəhşiliklə davransa da, sonradan dinc aksiyaya müdaxilə etmirlər. Ayın 20-də polislə toqquşmalarda 25 nəfər yaralanıb. Həmin gün axşam saatlarında aksiya yenidən bərpa olunub.
Modern.az