Modern.az

İlham Əliyev və xanımı yarımfinal oyununu izləyib

İlham Əliyev və xanımı yarımfinal oyununu izləyib

Təhsil

26 İyun 2015, 00:36


Birinci Avropa Oyunları çərçivəsində qadın voleybolçuların mübarizəsi davam edir.

İyunun 25-də Azərbaycan yığması yarımfinalda Türkiyə millisi ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarımfinal oyununu izləyiblər.

Qarşılaşmanın birinci setində türklər qalib gəldilər: 25:21. İkinci setdə 25:23 hesabı ilə üstün olan yığmamızın üzvləri üçüncü setdə qələbəni Türkiyə voleybolçularına verdilər: 25:19. Dördüncü setdə yenidən 25:23 hesabı ilə qalib gələn voleybolçularımız taybrekdə 11:15 hesabı ilə məğlub oldular.

Beləliklə, Azərbaycan millisi Avropa Oyunlarında qadın voleybolçuların yarışında üçüncü yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, ilk qarşılaşmada Rumıniya millisini 3:0 hesabı ilə məğlub edən voleybolçularımız İtaliya komandasından da 3:1 hesabı ilə üstün olmuşdular.

Sonra Belçika voleybolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan yığması dörddə bir finalda Hollandiya millisini də 3:0 hesabı ilə məğlub edə bilmişdi.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım