Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

26 İyun 2015, 14:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah - iyunun 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buldulu olacaq, havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

İyunun 27-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım