Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin Kiyevdəki 5 otaqlı mənzili satışa çıxarılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, rielitorlar mənzilin dəyərini komisyon haqqı ödəmədən 1,2 milyon dollar dəyərləndiriblər. Bu yaşayış sahəsini icarəyə götürmək istəyənlər isə ayda 6,5 min dollar ödəməlidirlər. Mənbənin məlumatına görə, Saakaşvili Odessada işləsə də, Kiyevdə tez-tez olur: “O, həftədə bir dəfə paytaxta gəlir. Onun gəlişi ərəfəsi orada hər şey yoxlanılır. Onun mənzili yaraşıqlıdır”.
Saakaşvilinin mənzili olan bina 1917-ci ildə tikilib. Mənzilin pəncərəsi Maydana açılır. Evin fasadı heykəllərlə bəzədilib. Eks-prezidentin mənzili yuxarı mərtbəni və mansardı tutur. Onun sahəsi 252 kvadrat metrdir. Mənzildə eksklüziv təmir aparılıb.
Modern.az