Modern.az

İŞİD yaraqlıları 42 yezidi qadını zorlayıb, qul kimi satıblar

İŞİD yaraqlıları 42 yezidi qadını zorlayıb, qul kimi satıblar

Təhsil

26 İyun 2015, 16:03

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının 42 yezidi qadını Suriyadakı döyüşçülərinə satdığı iddia edilib. Modern.az bildirir ki, “Rhenische Post” qəzetindəki xəbərə görə, qadınlar 500-2 min dollar arasında satılıb.

Suriya İnsan Haqları Monitorinq Mərkəzi İŞİD-in qadınları qul kimi saxladığını bildirib. Qadınların İŞİD-in bu ay ələ keçirdiyi Şərq Suriyadakı Deir Essor bölgəsindəki Majadeen şəhərindən olduqları xəbərdə yer alıb.

Mərkəzi İngiltərədə olan, Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin sədri Ramil Abdel “Bəzi qadınlar uşaqları ilə birlikdə qaçırılıb, lakin aqibətlərinin nə olduqları barədə məlumata malik deyilik”, - deyib.

Xəbərdə İŞİD-in yezidlərə qarşı tətbiq etdiyi qırğınların on minlərlə insanın torpaqlarını tərk etməsinə səbəb olmasının və minlərlə qadının qaçırmasının Birləşmiş Millətlər Təşkilatında “soyqırımı” kimi qiymətləndirildiyi vurğulanıb.

Qeyd edək ki, İŞİD yaraqlılarının yezidi qadınlara qarşı amansız davranışı artıq bütün dünyaya səs salıb.

«Biz ayaq üstə güclə dayanarkən onlar baxırdılar ki, hansımız gözəlik, hansımızın beli incədir, ya gözəl gözü, saçı var, üzü gözəldirmi… Zorlayıb, sonra da başqasına ötürəcəkdilər».

Bunu İraqın Kürdüstan regionundan olan 28 yaşlı yezidi qadın İŞİD-in girovluğundan xilas olandan sonra bildirib. İŞİD-in Suriyadakı de-fakto paytaxtı olan Raqqa şəhərində 9 ay saxlanılan qadın kölə kimi satılıb. Onu və bacısını bir fəal biznesmen girovluqdan xilas edib. Başlarına gələnləri bir neçə gün öncə “Azadlıq” radiosunun İraq xidmətinə danışan 28 yaşlı qadın deyib ki, Raqqada bacısını və digər girov qızları seks köləsi kimi tərkibində xarici döyüşçülər olan yaraqlı qruplara satıblar.
 «Hər saatda İŞİD yaraqlıları gəlirdi, iki, üç, dörd, beş, altı, yeddi olurdu. Onlar əllərində iri çubuqla qapını açıb ayağa durmağımızı istəyirdilər. Dura bilməyəni rəhmsizcəsinə döyürdülər».

Keçmiş girov bildirir ki, yaraqlılar qızlara müvəqqəti maraq göstərir, onları zorlayır, sonra da başqa yoldaşlarına ötürürdülər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım