Modern.az

Pensiyaçı evini oğrulara görə minaladı, partlayış oldu

Pensiyaçı evini oğrulara görə minaladı, partlayış oldu

Təhsil

26 İyun 2015, 16:16


Rusiyanın Primorye vilayətində iki uşaq 65 yaşlı bir kişinin evinin həyətyanı sahəsində baş verən partlayış nəticəsində yaralanıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, insident Oktyabr rayonunun Pokrovka kəndində qeydə alınıb. Hazırda cinayət işinin qaldırılıb-qaldırılmaması məsələsi mzakirə olunur.

Polis müəyyən edib ki, 65 yaşlı yerli sakinin həyətyanı sahəsinə daxil olan uşaqlar oradan çıxanda partlayış baş verib. Uşaqlar bədənlərinin yuxarı hissələrindən qəlpə yaraları alıblar.

Ev sahibininsözlərinə görə, əldəqayırma partlayıcı maddəni hazırlamaqda məqsədi öz ərazisinə icazəsiz girişlərin qarşısını almaq, oğruları cəzalandırmaq olub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım