Elektrik enerjisinin quymətinin artırılması ilə razılaşmayaraq bir neçə gündür Yerevanda aksiya keçirənlər Rusiyanın “Zvezda” televiziya kanalının jurnalistlərini meydandan qovublar. Modern.az-ın verdiyi xəbərə görə, bu haqda yerli blogger Arsen Avetisyan özünün Twitter səhifəsində yazıb.
Onun yazdığına görə, buna səbəb telekanalın nümayəndələrtinin növbəti dəfə absurd təbliğat süjeti hazırlamaq cəhdi olub: “Üç gün kifayət edib ki, Yerevandakı fəallar Rusiya KİV-lərinin total yalan təbliğatına reaksiya versinlər”.
Yeri gəlmişkən, bəzi KİV-in iddiasına görə, Yerevandakı fəallar təkcə avqustun 1-də planlaşdırılan elektrik enerjisinin qiymətinin artırılmasına etiraz bildirmirlər, eyni zamanda Ermənistanda Rusiya hərbi bazasının yerləşməsini də qəbul etmirlər. Məhz bu səbəbdən adamların küçələrdə “Biz, ermənilər – bizim ölkəmizin sahibiyik” yazılan plakatlar da gəzdirdikləri bildirilir.
Modern.az