Valeh Mirzə
Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı yönələn növbəti təxribat planı da baş tutdu. Ölkəmizdə güya insan haqlarının pozulması, fikir azadlığının bogulması kimi absurd iddialara həsr olunan müzakirə və dinləmələr canında, qanında vətən sevgisi olan, öz dəyərli Prezidentini yüksək qiymətləndirən hər bir azərbaycanlını narahat etməyə bilmir. Bir milyondan artıq soydaşımızın hüquq və azadlığını vəhşicəsinə pozan, Xocalıda misli görünməyən , insanlıq çərçivəsinə sığmayan soyqırımı həyata keçirən Ermənistan dövləti, onun iyrənc daxili və xarici siyasəti barədə bir dəfə də olsun belə, söz açılmayan ASPA-da davamlı olaraq ölkəmiz haqqında qarayaxmalara rəvac verilir.
Çox təəssüflər olsun ki, bu qurumu təmsil edən Avropa ölkələri parlamentariləri rahatca olaraq, qəhrəmanlıq göstərirlərmiş kimi haqqı nahaqqa qurban verməkdə usanmırlar, xəcalət çəkmirlər. Onlar Azərbaycanda gedən dinamik inkişafı, insan hüquqlarının və söz azadlığının maksimum dərəcədə qorunduğunu hamıdan yaxı bilə-bilə səfil şəraitində yaşayan, qucaqdan- qucağa tullanan fahişə ermənilərin fitvalarına uyur və vaxtaşırı olaraq Azərbaycanın imicini dünya ictimaiyyəti qarşısında aşağılamağa çalışırlar. Cəsarətlə deyə bilərəm ki, hər dəfə də onların iyrənc niyyətləri baş tutmadığından çox gülünc vəziyyətə düşürlər. Hüquq elmində belə bir məntiq var: əgər ortalığa qoyulan fakt, yaxud iddia konkret dəlillərlə sübuta yetirilmirsə, sonda birinci tərəf, yəni iddiaçı tərəf qanuni yolla ifşa olunur.
Avropa Şurası dəfələrlə danılmaz, tarixin möhürü vurulan haqqımızın qarşısında tərksilah olsa da, öz iddiasından əl çəkmir ki çəkmir. Bunun da zənnimcə yalnız bir səbəbi ola bilər: əksəriyyəti naqis və məkrli insanlar toplumundan ibarət olan bu üzdəniraq beynəlxalq qurum elə təsis olunduğu gündən öz nizamnanəsində hədəfi düzgün müəyyənləşdirməyib. Bəlkə də bu nizamnamədə bizə məlum olmayan qaranlıq məqamlar da var. Bəzən adama elə gəlir ki, bu qurum bütövlükdə Ermənistan dövlətinin Avropada fəaliyyət göstərən və yalnız bizi şantaj etmək üçün yaradılan qondarma bir təşkilatıdır. Əgər belə olmasaydı, bu Şura yarandığı gündən heç olmasa bircə dəfə bizim də haqlı tələblərimizi müzakirəyə çıxarar, dinləmələr aparar, tapdanılan haqqımızı müdafiə edərdi. Belə bir hal heç vaxt baş verməyib və bunu biz artıq ondan gözləmirik də.
Əksinə, ötən il Dağlıq Qarabağ problemi ilə baglı müzakirələrdə erməni tərəfin mövqeyi açıq-aşkar müdafiə olundu. Ermənipərəst deputatlar ağızlarının köpüyü daşa-daşa dövlətimizin, xalqımızın ünvanına böhtan və iftiralar yağdırmağa başladılar, bizi qəddar, qaniçən xalq kimi təqdim etdilər. Zərrəcə məntiqi olmayan qarayaxmaları özünəməxsus tərzdə səbrlə, təmkinlə dinlədikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev kürsüyə qalxdı. Prinsipiallıgı və iradəsi ilə seçilən Prezidentimiz Azərbaycanın qədim tarixi, mədəniyyəti, onun düniya dövlətləri və elə Ermənistanın özü ilə də mövcud münaqişələrə qədər heç vaxt pozulmayan normal münasibətləri barədə ingilis dilində tarixi bir çıxış etdi.
Ömürləri boyu öz dillərində belə sanballı çıxış eşitməyən ermənipərəst Şura üzvləri az qala ala qarğa, yarasaya dönmüşdülər. Yenə bunumu istəyirlər onlar?! Xalqımızın haqq səsini bu yaramazlara yedizdirən liderimizi ziyalılarımızla bərabər bir çox Avropa ölkələrinin haqqa, ədalətə qiymət verən siyasətçiləri də dəstəklədilər. Ataların gözəl bir deyimi var: Haqq nazilər, amma heç vaxt üzülməz. Bu deyim tarixin bütün məqamlarında öz təsdiqini tapıb. Haqq işimizə ləkə yaxmağa çalışan qüvvələrin iyrənc niyyətləri həmişə Prezident İlham Əliyev tərəfindən elə məcrasında da boğulub. Biz, şübhəsiz, bu dəfə də Avropa Şurasına kimliyimizi dübarə tanıtdıracaq, onlara öz haqqımızı hökmən yedizdirəcəyik. Erməni konyakının təsiri altında ünvanımıza qarşı sərsəm çıxışlar edən Avropa Şurası Parlament Assambleyasının bəzi yaramaz deputatlarını biz ayıq təfəkkürlə daim ayıltmışıq və yenə də ayıldacağıq. Bir də ki vallah, heç bir siyasi gücə malik olmayan bu mənasız qurumu biz özümüz nahaq yerə bu qədər şişirdib böyütmüşük.
Biz haqla yüklənmiş bir karvan sahibiyik. Yolumuz rahat olmasa da işimiz avand olar inşaallah! Yolçu yolunda gərək, millətim!