Modern.az xəbər verir ki, ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev paralimpiyaçı cüdoçuların finalında Ukrayna təmsilçisi Aleksand Pominovu məğlub edərək “Bakı-2015”-in qızıl medalını qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri idmançımızın qələbəsini izləyiblər.
Mübarizəyə yarımfinaldan qoşulan cüdoçumuz yunanıstanlı Klimis Papaçristosu ipponla məğlub edərək həlledici mərhələyə yüksəlib.
İlham Zəkiyev ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu, həmçinin əməkdar idman ustasıdır. O, “Şöhrət” ordeni, “Tərəqqi” medalı və Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatının laureatıdır.
Modern.az