Modern.az

Tunisdə çimərlik otelində 27 nəfər öldürülüb

Tunisdə çimərlik otelində 27 nəfər öldürülüb

Təhsil

26 İyun 2015, 21:55

Tunisin Suse şəhərindəki beşulduzlu çimərlik otelində naməlum kişi “Kalaşnikov” avtomatından atəş açıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “El Mouradi Palm Marina” otelində cinayət törədən həmin şəxsi polis məhv edib.

Tunis Daxili İşlər Nazirliyindən verilən son məlumata görə, hücum zamanı 27 nəfər ölüb, yaralıların sayının onlarla olduğu bildirilir. Hadisənin səbəbi araşdırılır.

Digər məlumata görə, silahlı yaraqlılar iki nəfər ola bilər.

İkinci terrorçunun aradan çıxdığı ehtimal edilir. Şahidlərdən biri hətta partlayış səsi eşitdiyini də deyib.

Otel Əl-Kantavi kurort zonasında yerləşir və istifadəçiləri arasında Böyük Britaniya vətəndaşları xüsusilə populyardır. Bəzi KİV-in məlumatına görə, məhz onlar hücumun qurbanı olublar.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım