Modern.az

Putin və Obama müzakirə apardılar – TƏFƏRRÜAT

Putin və Obama müzakirə apardılar – TƏFƏRRÜAT

Təhsil

26 İyun 2015, 22:08


İyunun 25-də Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə telefon vasitəsi ilə müzakirələr aparıb.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Evin yaydığı məlumatda telefon danışığının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilib.  

Prezidentlər İranın nüvə proqramı ilə aparılan danışıqları, Suriya münaqişəsini və İŞİD terror təşkilatına qarşı mübarizə mexanizmlərini müzakirə ediblər.

Bununla yanaşı ABŞ prezidenti Kreml başçısına xatırladıb ki, Ukraynada atəşkəs şərtlərinə əməl etmək vacibdir.  

Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım