Bu gün "Bakı-2015" I Avropa Oyunlarının 16-cı günündə Azərbaycan idmançıları bir sıra yarışlarında iştirak edəcək.
Modern.az xəbər verir ki, təmsilçilərimiz ümumilikdə 5 idman növü üzrə mübarizə aparacaq.
Bu gün yarışacaq idmançıların siyahısını təqdim edirik.
Qılıncoynatma yarışları, saat 9:00-dan etibarən
Cümə axşamı, qadınlar arasında fərdi sablya yarışlarında müvafiq olaraq gümüş və bürünc medal qazanan Azərbaycanlı əkiz bacılar Sevil və Sevinc Bunyatova sablya üzrə komanda yarışlarında da medal qazanmağa iddialıdırlar. Bu məqsədlə onlar, saat 09:30-da Bakı Kristal Zalda dörddəbir final mərhələsi çərçivəsində Ukraynanı təmsil edən güclü komanda ilə mübarizə aparacaqlar.
Cüdo yarışları, saat 12:24-dən etibarən
Bu gün saat 13:54-də, 100 kq-adək çəki dərəcəsi üzrə kişilər arasında cüdo yarışında, Avropa Çempionatlarının gümüş və bürünc medalçısı, yerli idmançı Elmar Qasımov meydana çıxacaq.
Voleybol yarışları, saat 16:00-dan etibarən
Saat 16:00-da Bakı Kristal Zalda qadınlardan ibarət Azərbaycan komandası bürünc medal uğrunda Serbiya ilə mübarizə aparacaq. Həmyerlilərimizdən yerli azarkeşlərin qarşısında qələbə qazanmağı bacararsa, bu, onların beynəlxalq voleybol yarışlarında ilk medalı olacaq.
Boks yarışları, saat 18:00-dan etibarən
Bakı Kristal Zalda şənbə günü keçirilməsi planlaşdırılan boks yarışlarının finalında bütün dörd çəki üzrə Azərbaycan idmançıları mübarizə aparacaqlar. İlk olaraq mübarizəyə saat 18:15-də 60 kq çəkidə Albert Səlimov qatılacaq. Onun ardınca isə mübarizəyə 69 kq, 75 kq və 91 kq çəkilərdə Parviz Bağırov, Xaybula Musalov, Abdulqədir Abdullayev qoşulacaq.